Şrift:
Şərqşünaslıq İnstitutunda çap olunan kitab İran mediasında böyük maraq doğurub
08.09.2021 [14:06] - Xəbərlər, Kitab evi
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun bu günlərdə çapdan çıxmış “Munisnamə” kitabı İran mediasında böyük maraq doğurub.

Bu barədə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, qonşu ölkənin bir neçə saytı XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsərinin Azərbaycan dilində olan yeni nəşri haqqında xəbərlər yayıb. Əsəri fars dilindən Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərcümə edib. R.Rzayeva, həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin müəllifidir.

İran Dövlət Radio və Televiziya Agentliyinin saytı olan iribnews.ir-də yayımlanan xəbərdə qeyd edilir ki, “Munisnamə” yeganə əlyazma nüsxəsi Britaniya muzeyində saxlanılan fars dilində olan hekayələr və hikmətli sözlər toplusudur. Xəbərdə tərcüməçinin əsər haqqında bu fikrinə də diqqət çəkilir: “Bu dəyərli əsər təkcə ədəbi bir əsər deyil, həm də dövrünün fars dilindəki dəyərlərini, fəlsəfi məsələlərini və şifahi ədəbiyyatını dərk etmək üçün bir mənbə olaraq nadir bir əsərdir”.

“Munisnamə”nin Azərbaycan dilinə tərcüməsi barədə digər İran saytları da yazıblar.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed