Şrift:
ABŞ-da məktəbdə 27 şagird güllələnib
15.12.2012 [10:23] - Gündəm, Hadisə
ABŞ-ın Konnektikut ştatındakı Nyustaun şəhərində faciə baş verib.Nyu-Ark şəhərindən 130 km şimal-şərqdə yerləşən şəhərdəki məktəblərdən birində bu gün yerli vaxtla səhər saat 10-da, gülləbaran olub
Sandy Hook məktəbində 620 şagird təhsil alır.məktəbə bir nəfərin girərək hər tərəfə atəş açması nəticəsində 27 şagird həlak olub. Onların 18-i ibtidai sinif şagirdləridir.CNN bildirir ki, həlak olanların bir sinifdə oxuduqları bildirilir.Məktəbliləri güllələyənin həlak olduğu bildirilir. Onun iki tapança və bir avtomatik tüfənglə silahlandığı vurğulanır.Şagirdləri güllələyən 20 yaşlı şəxs həlak olub.Şəhərdəki bütün məktəblər və uşaq bağçaları bağlanıblar.Polis hadisəni araşdırır.Newtown Patch bildirir ki, məktəbliləri gülləbaran edən şəxs məktəbə qara Honda avtomobilində gəlibmiş. Onun maşını məktəbin yanında saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed