Şrift:
Böyük Britaniya ordusunda 19 əsgərin narkotik istifadəçisi olduğu müəyyənləşib
09.09.2021 [10:31] - Gündəm, Hərb
Böyük Britaniya ordusunda xidmət edən 19 əsgərin narkotik istifadəçisi olduğu müəyyənləşib.

Yerli KİV-lərə istinadla xəbər verir ki, ordunun quru qoşunlarından olan Yorkşir Alayında 19 əsgərin narkotik testi pozitiv çıxıb. Test nəticəsi müsbət çıxan əsgərlərin çoxunun yüksək rütbəli olduğu açıqlanıb.

Ölkənin Müdafiə Nazirliyi açıqlama verərək bildirib ki, ordu sıralarında narkotikdən istifadəyə heç vaxt icazə verilmir. Bu şəxslər dərhal ordudan qovulacaq.

Qeyd edək ki, 2019-cu ildə də 660 işçi bu səbəbdən işdən azad olunmuşdu.

Açıqlanan rəsmi rəqəmlər ölkənin silahlı qüvvələrdə narkotik istifadəsinin artdığını göstərir.
Bu xəbər oxucular tərəfindən 1977 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed