Şrift:
ABŞ-ın ən nüfuzlu 10 lobbist təşkilatı sırasında iki erməni lobbi qurumu var
15.12.2012 [10:36] - Gündəm, Diaspor
ABŞ-ın ən nüfuzlu etnik lobbist təşkilatlarının ilk onluğuna iki erməni lobbi təşkilatı daxil olub.

“Time to Analyze” analitik portalının qənaətinə görə, Amerika Erməni Milli Komitəsi (ANKA) ölkənin ikinci ən güclü lobbi təşkilatıdır. Erməni mətbuatı yazır ki, ANKA-nın fəaliyyəti sayəsində ABŞ təkcə Ermənistana deyil, Dağlıq Qarabağdakı separatçı rejimə də əvəzsiz maliyyə yardımı göstərməkdə davam edir. ABŞ-dan ən çox maliyyə və hərbi yardımlar alan ölkələr siyahısında Ermənistan İsraildən sonra ikinci yeri tutur.



Amerika Erməni Assambleyası isə nüfuzuna və təsirinə görə ABŞ-da ikinci ən böyük erməni lobbi təşkilatıdır. Assambleya uzun illər ictimaiyyəti erməni məsələləri ilə bağlı məlumatlandırıb. Bu təşkilatın sayəsində etnik ermənilərin ölkədə gedən demokratik proseslərdə, Ermənistan və Dağlıq Qarabağa ianələrin toplanmasında iştirak səviyyəsi artıb.



Qeyd edək ki, lobbist təşkilatların reytinqi ABŞ-ın nüfuzlu «Business Pundit» «American Politics Research» nəşrlərinin araşdırmalarının tədqiqi sayəsində hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed