Şrift:
Avstraliyada yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanlar var
09.09.2021 [10:40] - Gündəm, Hadisə
Sentyabrın 9-na keçən gecə Avstraliyanın Maci şəhərindəki yaşayış binasında məişət qazının partlaması nəticəsində iki nəfər xəsarət alıb.

“9News” telekanalına istinadla xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan biri, 45 yaşlı kişi ciddi yanğın xəsarətləri alıb və hazırda komadadır. Həmin şəxs həyatı təmin edən aparatlara qoşularaq helikopter vasitəsilə Sidneydəki xəstəxanaya gətirilib.

Hazırda polis hadisənin baş verməsi səbəblərini araşdırır.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed