Şrift:
Gürcüstanda bankı qarət etmək istəyən şəxs həbs edilib
10.09.2021 [09:11] - Gündəm, Hüquq
“Gürcüstan bankı”nın Kvareli şəhərinin Çavçavadze küçəsindəki filialına silahlı basqın edən şəxs həbs edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, aparılan danışıqlar nəticəsində girovların hamısı azad olunub, daha sonra terrorist həbs edilib.

Qeyd edək ki, banka silahlı basqın edən şəxs əvvəlcə 3-ü bank əməkdaşı olmaqla 15 nəfəri girov götürmüşdü.

O, girovları azad etmək üçün 500 min dollar pul tələb edirdi.

Terroristin kimliyi barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed