Şrift:
SEPAH İraqda müxalif kürdlərin mövqelərini bombardman edib
10.09.2021 [09:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Müxalif kürdlərə qarşı hava hücumları SEPAH-ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpurun kürd muxtariyyəti rəhbərliyinə xəbərdarlığından üç gün sonraya təsadüf edib.


İrandakı kürd mənbələrinin və İranın “Tabnak” saytının yaydığı məlumata görə, SEPAH qırıcıları bu gün səhər saat 06:00-dan başlayaraq, İraq Kürdüstanı ərazisindəki Helqurd, Bərbəzin və Alanı yüksəkliklərinə zərbələr endirib.


Bildirilir ki, bombardmandan sonra SEPAH həmin yerləri yenidən artilleriya atəşinə tutub.


Yayılan məlumata görə, hava hücumunda müxalif kürdlərin Sidəkan, Çuman və Hacı Omrandakı mövqe və bazaları hədəfə alınıb.


Kürd mənbələrinin bildirdiyinə görə, SEPAH-ın müxalif iranlı kürdlərin mövqelərinə qarşı hava hücumunda pilotsuz uçan təyyarələrdən də istifadə edilib.


Müxalif kürdlərin mümkün itkiləri barədə hələlik hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed