Şrift:
Əlcəzairdə yol qəzası nəticəsində 13 nəfər həlak olub
13.09.2021 [09:30] - Gündəm, Hadisə
Əlcəzairdə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfərin həlak olduğu, 9 sərnişinin yaralandığı bildirilir. Xəbəri rəsmi APS agentliyi yayıb.

Ağır yol qəzası ölkənin Naama əyalətinin Oued Xebaza rayonunda baş verib. Əlcəzairin Mülki Müdafiə Departamentinin məlumatına görə yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı cinayət işi açılıb və təhqiqat aparılır.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun həlak olanların ailələrinə başsağlığı verib.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed