Şrift:
Lerikdə şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər çələngi” mövzusunda sərgi açılıb
14.09.2021 [10:45] - Xəbərlər, Hərb
Lerik Dövlət Rəsm Qalereyası və Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhidlərə həsr olunmuş “Zəfər çələngi” mövzusunda sərgi açılıb.

Şərgidə Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin X sinif şagirdi İsayev Ayxan Elşən oğlunun hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsərlərindən ibarət əl işləri nümayiş olunur.

Gənc rəssam Ayxan İsayev Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış 46 leriklinin adını əbədiləşdirmək üçün böyük məhəbbət və ehtiramla onların şəkillərini dekorativ üslubda, plastik çiçək və biserlərlə karton üzərində işləyərək gözəl sənət əsərləri yaradıb.

Sərginin təqdimatından sonra gənc rəssama diplom və hədiyyələr təqdim olunub.

Sərgi bir həftə davam edəcək. Burada nümayiş etdirilən sənət nümunələri sonda şəhid ailələrinə təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed