Şrift:
Emilya Bayramova: “ASAN könüllüləri” olaraq Şuşada layihələrin həyata keçirilməsinə öz töhfələrimizi verəcəyik
14.09.2021 [10:46] - Gündəm, Sosial
Şuşaya səfərimizdən doğan təəssüratları dillə ifadə etməkdə çətinlik çəkirik. Azərbaycanın incisi Şuşa bütün əzəməti ilə qarşımızda dayanıb. Otuz ilə yaxın düşmən tapdağı altında olan dədə-baba torpaqlarımıza, ana yurdumuza həsrət qalmışdıq. İndi bütün varlığımızla Şuşaya sığınmışıq.

Bu sözləri ASAN Könüllüləri Təşkilatının sədri Emilya Bayramova sentyabrın 13-də Şuşada müsahibəsində deyib.

O bildirib ki, könüllü təşkilatlarında təmsil olunan hər bir azərbaycanlı gəncin əsas missiyası Şuşanın, Qarabağın quruculuğuna öz töhfələrini verməkdir: “Artıq Qarabağda, eləcə də, Şuşada böyük quruculuq işləri başlayıb. Şuşada “ASAN xidmət” Mərkəzinin açılması nəzərdə tutulub. Biz də “ASAN könüllüləri” olaraq Şuşada layihələrin həyata keçirilməsinə öz töhfələrimizi verəcəyik”.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed