Şrift:
İgidlərimizin qanı hesabına geri alınmış müqəddəs torpaqları, Vətəni göz bəbəyi kimi qorumalıyıq
14.09.2021 [10:48] - Xəbərlər, Sosial
Qarabağın ürəyi Şuşaya qədəm basanda çox kövrəldik. İgidlərimizin qanı hesabına geri alınmış bu müqəddəs torpaqları, Vətəni göz bəbəyi kimi qorumalıyıq.

Bu sözləri gənc fəal Əkbər Manafov Şuşada müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin iradəsi, cəsarəti xalqımızın ən böyük arzusunu reallığa çevirib. Biz əzəli, dədə-baba torpağımıza qayıtmışıq.

Şuşada ermənilərin törətdikləri vəhşiliklərin onları dəhşətə gətirdiyini bildirən Ə.Manafov qısa müddət ərzində Qarabağın, Şuşanın dirçələcəyinə, inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Şuşaya ayaq basan andan erməni barbarlığının, talançılığının şahidi olduq. 30 ilə yaxın müddət ərzində ana yurdumuzun necə viran qoyulması bizi dəhşətə gətirdi. Mənfur düşmən az qala şəhəri xarabazara döndərib. Bütün bunlara baxmayaraq Şuşa tamamilə dağılmayıb, ayaq üstə durub, əsl sahiblərini gözləyib”. Əkbər Manafov xalqımızın öz əzəli torpaqlarına qayıtması ilə, həm də, tarixinə, mədəniyyətinə, milli dəyərlərinə, ənənələrinə sahib çıxdığını deyib
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed