Şrift:
Türkiyədə son sutkada 276 nəfər koronavirus pandemiyasının qurbanı olub
15.09.2021 [09:50] - Gündəm, Sağlıq
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində son sutka ərzində 334 min 535 nəfər virusa qarşı testdən keçirilib.

Yoxlamadan keçirilənlərdən 27 min 802 nəfərdə virus aşkarlanıb. Gün ərzində 276 nəfər həyatını itirib, 29 min 191 şəxs sağalıb. Bildirilir ki, ölkə üzrə COVID-19 infeksiyasına qarşı peyvənd olunanların ümumi sayı 105 milyon nəfərə yaxınlaşır.

Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, koronavirus infeksiyasına kütləvi yoluxmanın qarşısının alınması üçün ən düzgün yol peyvənd olunmaqdır. Bununla bərabər əhali maska taxmalı, təmizliyə əməl etməli və sosial məsafə saxlamaq qaydalarına fikir verməlidir.
Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed