Şrift:
Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub
16.09.2021 [10:22] - Gündəm, Sosial
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 64 min 149 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Yeddi ay ərzində ölkədə 42 min 134 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,2 təşkil edib.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed