Şrift:
Yaponiyanın qərbində su skuterində gəzinti zamanı üç nəfər həlak olub
16.09.2021 [10:34] - Gündəm, Hadisə
Yaponiyanın qərbində yerləşən Avaci adaları yaxınlığında üçyerli su skuterində əylənənlərin hamısı həlak olub.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yerli polisin məlumatına əsasən, hadisə skuterin dalğaqıranla toqquşması nəticəsində baş verib. Həlak olanların 28-35 yaş arasında olduqları bildirilir.

Hazırda hadisənin başvermə səbəblərini araşdırmaq üçün istintaq davam edir.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed