Şrift:
Polşa-Belarus sərhədində dörd miqrantın cəsədi aşkarlanıb
20.09.2021 [13:44] - Gündəm, Hadisə
Polşanın Belarusla həmsərhəd regionunda üç nəfərin cəsədi aşkarlanıb.

Həmin şəxslərin Polşa ərazisinə qeyri-qanuni yollarla keçməyə cəhd göstərən miqrantlar olduqları müəyyənləşdirilib.

Polşanın Baş naziri Mateuş Moravietski bu barədə sosial media hesabında paylaşım edib. Qeyd edilib ki, faciənin araşdırılması üçün prokurorluq orqanı tərəfindən cinayət işi başlanıb.

M.Moravietskiyə görə, sərhədin Belarusa aid hissəsində də bir qadın cəsədi tapılıb.

Polşa Belarusla sərhəd regionunda fövqəladə vəziyyət elan edib. Sərhəd zolağında daimi yaşamayan şəxslərin həmin əraziyə daxil olması qadağan edilib. Hazırda Polşa hərbçiləri sərhəd boyunca tikanlı məftillərdən sədd çəkirlər.
Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed