Şrift:
Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək
21.09.2021 [14:00] - Xəbərlər, Siyasət
Ermənistanda Zəngəzur mis-molibden kombinatını Almaniyanın "CRONİMET Holding" şirkəti işlədib. Bu kombinat Oxçuçayda ekoloji fəlakətə yol açıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Avropada korporativ məsuliyyətə xüsusi diqqət yetirildiyini bildirən F.Şəfiyev qeyd edib: “Mən özüm də Avropada, Almaniyada işləmişəm, bunun şahidiyəm. Azərbaycana gələndə fərqli davranış sərgilənir. Azərbaycan yaxın vaxtlarda həmin alman şirkətini beynəlxalq məhkəməyə verəcək, siz bunun şahidi olacaqsınız”.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed