Şrift:
Gürcüstanın ermənilər yaşayan rayonunda külli miqdarda döyüş sursatı aşkar edilib
17.12.2012 [12:05] - Gündəm, Hadisə
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır
Gürcüstanın hüquq mühafizəçiləri ölkənin əsasən ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayon mərkəzinin Aeroport deyilən yaşayış məhəlləsindəki sahibsiz evdən külli miqdarda döyüş sursatı aşkar ediblər.

İlkin məlumata görə, əməliyyat nəticəsində aşkar olunmuş döyüş sursatı arasında 9 əl qumbarası, tank əleyhinə bir neçə qumbara, çoxlu avtomat silah, güllə və başqa silah növləri var.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed