Şrift:
Sabah bəzi bölgələrdə şimşək çaxacaq, yağış yağacaq
22.09.2021 [14:17] - Gündəm, Bildiriş
Azərbaycanda sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 24-26° isti, Bakıda gecə 20-22°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi və komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 25-29° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 1948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed