Şrift:
Türkiyədə hava şəraiti kəskin dəyişir
22.09.2021 [14:24] - Gündəm, Bildiriş
Türkiyədə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Sentyabrın 22-də axşam saatlarından etibarən İstanbul, Kocaeli, Sakarya, Düzcə, Zonguldağ və Bartın ətraf, həmçinin Kastamonunun dəniz sahillərində güclü yağıntı gözlənilir. Düzcənin sahil ərazisində yağıntının miqdarı normadan qat-qat çox olacağı ehtimal olunur.

Bildirilir ki, yağıntılı, şimşəkli, tufanlı və fırtınalı hava şəraiti ən azı 18 saat davam edəcək.

Meteoroloqlar və yerli hakimiyyət orqanları əhalini diqqətli olmağa dəvət edib.
Bu xəbər oxucular tərəfindən 1907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed