Şrift:
Qırğızıstanda keçirilən beynəlxalq festivalda Azərbaycan da iştirak edir
24.09.2021 [10:05] - Xəbərlər, Mədəniyyət
Qırğızıstanda Beynəlxalq Dünya Eposlarının VI festivalının açılış mərasimi olub.

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala dünyanın 20 ölkəsindən nümayəndələr qatılıb.

Tədbirdə ölkəmizi kulturoloq Əbülfəz Babazadə təmsil edir. Sentyabrın 25-dək davam edəcək festivalda müxtəlif xalqların milli oyunları, konsertlər keçiriləcək. Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar da olacaq.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed