Şrift:
Azərbaycan ilə Macarıstan arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
24.09.2021 [10:39] - Gündəm, Mədəniyyət
Azərbaycanın Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Milli Arxiv İdarəsindən bildirilib ki, saziş BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşü zamanı imzalanıb.

Sözügedən saziş tərəflərin arxiv işi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasını və təşviq edilməsini, arxiv işi sahəsində təcrübə, mütəxəssis və sənədlərin surətlərinin mübadiləsini, arxiv fondlarının zənginləşdirilməsini, onların elmi-praktiki istifadəsini, sərgilərin təşkili, rəqəmsal layihələrin hazırlanmasını, siyahılar, məlumat kitabları, kataloqlar, sənəd məcmuələri kimi materialları, habelə başqa xüsusi ədəbiyyatların mübadiləsini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed