Şrift:
Nant şəhərindəki “Qarabağ” məktəbində Anım Günündən bəhs olunub
27.09.2021 [08:39] - Gündəm, Mədəniyyət
Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş dərs keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə şagirdlər ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər. Masalarının üzərinə güllərin düzüldüyü və şamların yandırıldığı, qəhrəman şəhidlərin fotolarını köynklərində daşıyan şagirdlərə bir il bundan öncə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi günə aparan 27 sentyabrda baş verənlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizə böyük xidmət göstərən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed