Şrift:
Ağdam sakini: Ermənilərin törətdiyi vəhşiliklər insanı dəhşətə gətirir
27.09.2021 [08:57] - Gündəm, Sosial
İmarət kompleksi ağdamlıların ən müqəddəs yerlərindəndir. Burada Qarabağ xanı Pənahəli xanın imarəti və xan ailəsinin qəbirstanlığı var. Burada əsilzadələr - xan ailəsinin üzvləri dəfn edilib.

Bu sözləri açıqlamasında Ağdam şəhər sakini Elməddin Səfərov deyib.

R. Səfərov şəhərləri, kəndləri dağıdaraq viran qoyan ermənilərin tarixi abidələrə, qabirstanlıqlara qarşı da həyata keçirdikləri vandalizmdən dəhşətə gəldiyini bildirib: “Burada gözəl meyvə bağı var idi. Pənah xanın zamanında əkilmiş 14 ədəd Şərq çinarı bura xüsusi gözəllik verirdi. İndi o bağdan, qədim çinar ağaclarından əsər-əlamət qalmayıb. Bütün ağaclar kəsilib aparılıb. Ermənilər Xanın imarətini və buradakı türbələri donuz saxlamaqla təhqir ediblər. Buradakı xan ailəlsinə məxsus qəbirlər dağıdılıb. Görürsünüz, ətrafda bir dənə salamat ev qalmayıb. Bizim evimiz də İmarət kompleksinin yaxınlığında idi. Ermənilər digər tikililər kimi bizim evimizi də dağıdıblar. Ermənilərin törətdikləri vəhşiliklər insanı dəhşətə gətirir. Dünyanın heç bir yerində belə vəhşilik görünməyib”.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed