Şrift:
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binası Azərbaycanın üçrəngli bayrağı rəngdə işıqlandırılıb
29.09.2021 [09:54] - Gündəm, Türk dünyası-Turan
Anım Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, özündə Azərbaycan milli arxitekturasını və koloritlərini əks etdirən Mədəniyyət Mərkəzinin binasında Azərbaycan bayrağının rənglərinin nümayiş olunması şəhidlərimizin ruhu qarşısında bir daha hörmət və ehtiramı nümayiş etdirir.

Bu mənzərəyə baxmaq üçün Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər Mədəniyyət Mərkəzinə gəliblər.
Bu xəbər oxucular tərəfindən 1441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed