Şrift:
Gələcəyin ofisi
29.09.2021 [09:55] - Gündəm, Sosial
Əsas ofisləri Pekin və ABŞ-ın Los-Anceles şəhərində yerləşən tanınmış memarlıq və dizayn şirkəti “MAD Architects” dünyanı heyrətləndirə biləcək yeni bir layihə - gələcəyin ofisi konsepsiyasını təqdim edib

Şirkətin memarları Los-Ancelesdə - Hollivudun mərkəzində "Ulduz" adlanan futuristik bir şüşə qüllənin layihəsini hazırlayıblar. Belə ki, 22 mərtəbəli binanın dizaynı 500 milyon dollar təşkil edəcək.

Memarlar hesab edirlər ki, yaşıllığa qərq olunmuş göydələn, həmçinin işıqlı otaqlar və açıq sahələr ofis əməkdaşları üçün rahat bir şərait yaradacaq.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed