Şrift:
Kanadada Azərbaycan dili məktəbində Həmrəylik Günü və Yeni il qeyd olunub
18.12.2012 [11:10] - Gündəm, Diaspor
Bazar ertəsi Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, tədbir zamanı qeyd olunan həftəsonu məktəbdə oxuyan şagirdlərin ifasında Azərbaycanın Dövlət himni, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirilib.

Qeyd edək ki, "Qarabağ" adlı Azərbaycan dili məktəbi 2011-ci il sentyabrın 10-da Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed