Şrift:
Natiya Turnava: Azərbaycan Gürcüstanın çox vacib iqtisadi tərəfdaşıdır
30.09.2021 [10:01] - Gündəm, İqtisadiyyat
Bizi Azərbaycan ilə təkcə praqmatik iqtisadi münasibətlər bağlamır. Uzun illər ərzində ölkələrimiz aramızda mehriban dostluq əlaqələri olub, strateji tərəfdaşlıq əlaqələrimiz də bu illər ərzində inkişaf edib, daha da möhkəmləni

Bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın çox vacib iqtisadi tərəfdaşıdır. Azərbaycan son illər Gürcüstanın bir nömrəli investoru olub. Bu illər ərzində Azərbaycan Gürcüstana 2,6 milyard ABŞ dolları həcmində investisiya qoyub. Maraqlısı odur ki, bu həcmin təxminən yarısı son beş ildə yatırılıb. Bu, sərmayələrin xüsusən artdığını göstərir.

Nazir deyib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ilk onluqdadır. 2020-ci ildə Azərbaycan Gürcüstanın dördüncü, son səkkiz ayda isə beşinci ticarət tərəfdaşı olub. Pandemiyaya baxmayaraq, bu pozitiv dinamikadır. “Lakin bu, kifayət deyil. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında məhz bu məsələyə toxunulub”, – deyə nazir vurğulayıb.

N.Turnava deyib ki, Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyanın Bakıda keçirilən iclasında iki ölkə arasında ticarət dövriyyəsinin, həmçinin Gürcüstandan Azərbaycana ixrac həcminin artırılması məsələsi müzakirə olunub. Energetika sahəsində münasibətlərin daha da genişləndirilməsi ilə bağlı maraqlı danışıqlar aparılıb.

N.Turnava deyib: “Uzun illərdir Azərbaycan Gürcüstanın qaz və elektrik enerjisi idxalı üzrə bir nömrəli tədarükçüsüdür. Biz həmçinin Qara dənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi ilə bağlı planlarımız barədə də məlumat verdik. Bu layihə Avropa İttifaqı bazarına çıxışa imkan verəcək. Azərbaycan tərəfinin də bu məsələyə böyük marağı var”.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed