Şrift:
Ukraynada Türkiyənin "Bayraktar" xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalanıb
30.09.2021 [10:16] - Xəbərlər, Siyasət
Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb

Ukrayna Prezidentinin saytına istinadən verdiyi məlumata görə, Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb.

Mərkəzin Müdafiə Nazirliyinin ərazisindəki Vasilkov şəhəri (Kiyev vilayəti) yaxınlığında tikiləcəyi qeyd olunur. Pilotsuz uçan aparatlara texniki xidmət və modernləşdirilməsi, eləcə də onlarla işləyəcək kadrların hazırlanması və təliminin keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed