Şrift:
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçiriləcək
30.09.2021 [10:17] - Gündəm, Mədəniyyət
Oktyabrın 1-də dahi şairin 880 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında ağacəkmə aksiyası təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, aksiyada 880 ədəd şam ağacı əkiləcək.

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.

Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət daşıyır. “Nizami Gəncəvi İli” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlərlə qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed