Şrift:
Azərbaycan-AB: viza rejiminin sadələşdirilməsinə dair danışıqlar davam edir
18.12.2012 [11:48] - Gündəm, Siyasət
Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlarda irəliləyiş var.

Bunu “EUreporter”ə müsahibəsində Brüsseldə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, bir sıra məsələlər, o cümlədən üçüncü ölkələrin vətəndaşlarına readmissiyası məsələsində hələ də razılıq əldə olunmayıb.

Viza rejiminin sadələşdirilməsinə dair danışıqların son raundunun Bakıda keçirildiyini xatırladan nazir növbəti danışıqların gələn ilin birinci rübündə Brüsseldə keçiriləcəyini söyləyib: “Razılaşdırılmamış məsələlərin həllini tapmağa çalışırıq. Düşünürəm ki, danışıqların növbəti raundu həlledici olacaq”.



Qeyd edək ki, Avropa Birliyi viza rejiminin sadələşdirilməsi haqqında sazişin readmissiya haqqında sazişlə eyni vaxtda qüvvəyə minəcəyini bəyan edib. Bu saziş dövlətin öz vətəndaşlarını və bəzi hallarda öz ərazisində yaşayan, üçüncü ölkədən deportasiya edilməli olan əcnəbiləri qəbul etməsini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed