Şrift:
Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir
30.09.2021 [10:29] - Gündəm, Mədəniyyət
Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ağstafa və Tovuz rayon mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr olunmuş “Fateh” adlı tamaşa Ağstafada nümayiş olunub. Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və icra hakimiyyətinin aparat üzvləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, digər idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti, mədəniyyət işçiləri iştirak ediblər.

Tamaşa auditoriyada əyləşənlər tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed