Şrift:
İran sabahdan ölkənin şimal-qərb bölgəsində hərbi təlimlərə başlayır
30.09.2021 [15:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə bu gün İran ordusunun ictimaiyyətlə əlaqələr bölməsi, ordunun quru qüvvələrinin komandanı Kiyumərs Heydəriyə istinadən məlumat yayıb.


Yayılan məlumata əsasən, İran ordusunun quru qüvvələrinin komandmı deyib ki, sabahdan başlanacaq “Xeybər fatehləri” adlı hərbi təlimlərə zirehli bölmələr, topxana, PUA -lar, hərbi helikopterlər və s. hərbi texnika qatılacaq.


“Bu təlimlər hərbi bölmələr və təchizatların bir hissəsinin iştirakı ilə keçiriləcək, məqsəd isə döyüşə hazırlıq səviyyə və qabiliyyətini yüksəltməkdir”, -deyə İran ordusunun quru qüvvələrinin komandanı Kiyumərs Heydəri bildirib.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed