Şrift:
Serbiyada COVID-19-u təsvir edən “Pandemiya gündəliyi” adlı fotosərgi açılıb
01.10.2021 [10:54] - Gündəm, Sosial
Serbiyanın Niş şəhərində dünyanın il yarımdır mübarizə apardığı yeni növ koronavirus (COVID-19) pandemiyasının insanlara təsirini təsvir edən “Pandemiya gündəliyi” adlı fotosərgi açılıb.

Üç fotoqraf - Yelena Djukiç Pejiç, Sasa Djordjeviç və Vanya Keserin çəkdiyi və komendant saatı, 65 yaşdan yuxarı vətəndaşların məhdudiyyətlərdən sonra ilk dəfə küçələrə çıxdığını, eləcə də xəstəxana dəhlizlərinin təsvir edildiyi 52 fotodan ibarət sərgi vətəndaşların marağına səbəb olub.

Fotoşəkillərin çətin vaxtlarda çəkildiyini bildirən Yelena Djukiç Pejiç deyib: “Bu fotolar ağrılı günlərin sübutudur. Pandemiyanın ilk günündən bəri çəkdiyimiz kadrların bəziləri olduqca təsirlidir”. Fotoların pandemiyanın hələ bitmədiyini də ifadə etdiyini deyən fotoqraf COVID-19-un müasir dünyanın xatirələrinə həkk olunacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed