Şrift:
Qubada zəlzələ olub
01.10.2021 [11:11] - Gündəm, Hadisə
Oktyabrın 1-də Quba seysmoloji stansiyasından 6 kilometr qərbdə - Quba rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:28-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed