Şrift:
Bu ünsürlər heç vaxt dövlətçiliyimizin yanında olmayıblar! TƏRS BAXIŞ
01.10.2021 [11:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Milli Şura”nın ölkənin həssas vaxtlarında yalnız özəl siyasi məqsədlərini güdmələri mənəviyyatsızlıq və xəyanətdir!

Bugünlərdə əsasən AXCP sədri Əli Kərimlinin dirijorluğu ilə xaricdəki anti-Azərbaycan məqsədli qüvvələr tərəfindən idarə edilən “Milli Şura” yetkililəri Qərb ölkələri dairələrindəki ermənipərəst ağlarından aldıqıqları növbəti tapşırıqlara əsasən yenidən ortalığa düşməklə ölkədaxili qarmaqarışıqlıq yaratmaq cəhdlər göstərməkdədirlər. Bu həmin AXCP və “Milli Şura”dır ki, istər Vətən müharibəsi, istərsə də dövlətçilik dirəklərimizin daha da möhkəmləndirilməsi üçün imzalanan Şuşa Bəyannaməsinin qəbul olunmasında daxillərində uzun illərdir ki, formalaşmış aşkar iblisliklərini ortaya qoydular – hətta 50-yə yaxın siyasi partiyaların dəstək bəyanatlarına imza atmadılar.

Bu gün isə regionda geosiyasi vəziyyətin xeyrimizə dəyişdiyi bir zamanda, eyni zamanda, proseslərdən təlaşlanaraq bizi istəməyən qüvvələrin baş qaldırmağa cəhd göstərdikləri vaxta adıçəkilən ünsürlərin hakimiyyəti ittiham edən bəyanat yaymaları ölçüyəgəlməz dərəcədə xəyanətkarlıq və ləyaqətsizlik pikidir.

Cəmil Həsənlinin qızı “mənəvi terrora” məruz qalırmış, Gültəkin Hacıbəylinin keçmiş əri ilə “problemi” varmış, Əli Kərimlinin mühafizəçisi “əzabkeş siyasi məhbusuymuş” (?!)

Sən demə, məlum qanunsuz əməlinə görə istntaqa cəlb olunan və məhkəməsi gedən AXCP sədri Əli Kərimlinin mühafizəçisinin maraqlarını müdafiə etmək, onu “əzabkeş siyasi məhbus” kimi zorla ictimai rəyə sırımaq ölkənin vacib gündəmindən daha “önəmliymiş” (?!).
Belə ki, “Milli Şura”dakı sözdə başbilənlərin yaydıqları kağız parçasında cəbhəçi sədrin mühafizəçisinin yekunlaşan məhkəməsi barədə söz yığnağı toplanıb və eləcə də adıçəkilən ölü qurumun sədri Cəmil Həsənlinin qızının artıq unudulmuş bəlli videosu “mənəvi terror” kimi xatırlanıb, keçmiş əri ilə isə əmlak problemi olan Gültəkin Hacıbəylinin guya “təzyiqə məruz qaldığı” bildirilib!

Və ən əsası, bəyanatda Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində şəhid olanların 27 sentyabr - Anım Günü, İranın son zamanlardakı həyasız davranışları, Ermənistanın sülh sazişinə imza atmaması ilə bağlı bir cümlə belə yazılmayıb.

Bu zaman sual yaranır: məgər ölkəmiz üçün belə bir həssas dönəmdə Əli Kərimli və Cəmil Həsənli tərəfindən ayrı-ayrı şəxslər barədə bəyanat hazırlamaları bu qədərmi vacibiymiş?

AXCP və onun yedəyi sayılan “Milli Şura” təmsilçiləri Vətən, dövlət, millət maraqlarını satmaqla, bu satqınçılıqlarını populizm, yaxud pafoslu ifadələr işlətmək vasitəsi ilə pərdələməyə çalışıblar

Təbii ki, həmin bəyanatın yayılmasında Azərbaycanı istəməyən xarici dairələrin iyrənc maraqları var və bunu sübut etməyə də gərək yoxdur, illərdir ki, AXCP və onun yedəyi sayılan “Milli Şura” təmsilçiləri Vətən, dövlət, millət maraqlarını satmaqla, bu satqınçılıqlarını populizm, yaxud pafoslu ifadələr işlətmək vasitəsi ilə pərdələməyə çalışıblar. İndi də belədir, amma nəyə görə bu ünsürlərin xəyanətləri barədə çoxsaylı faktlar ortada ola-ola onlar barəsində daha ciddi ölçülər götürülmür?

Çünki belə satqınların hazırkı dövrə qədər törətdikləri antimilli, antidövlətçi əməlləri ifşa olunmalı, onlar qanun qarşısında cavab verməlidirlər.

Artıq ölkəmizdə fəaliyyət göstərən müxalifətçi partiya sədrləri də AXCP və “Milli Şura” satnıqlarının kirli əməllərinə görə cavab verməli olduqları bildirilir, bir sıra tələblər irəli sürülür.

Fərəc Quliyev: “Bunların hərəkətə gəlməsi məndə təəccüb doğurmur”

Belə ki, əgər ortada dövlət maraqları varsa, həmin maraqlara qarşı çıxmağın özü Vətənə, dövlətə xəyanət anlamını daşıyır.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin mətbuata verdiyi açıqlamasına görə, ölkəmiz əleyhinə olanlar daxilimizdəki əlaltılarını hərəkətə gətiriblər: “Bunların hərəkətə gəlməsi məndə təəccüb doğurmur. Onlar heç vaxt milli məsələlərlə məşğul olmayıblar. Nəinki son baş verənlərlə bağlı İran haqqında bir söz deməyiblər, Tovuz hadisələri vaxtı ordumuzla bağlı xoşagəlməyən fikirlər səsləndirirdilər, hətta ordumuzun uduzacağını deyirdilər. Orada gördülər ki, vəziyyət dəyişdi, başqa mövqe sərgilməyə başladılar”.

MDHP-nın sədri düşünür ki, əslində bu xəyanətkar yığnağı yaxşı bilir ki, onlar xalqın hədəfinə tuş gəlsələr vəziyyətdən çıxa bilməyəcəklər. “İctimaiyyətin qorxusundan bunu belə etdilər”, deyən Fərəv Quliyev indi də onların xarici ağalarından sifarişlər aldıqlarını istisna etmir: “İndi də kənardan basqılar olan dövrdə Azərbaycanda insan haqlarını qabartmaq kimi bir tapşırıq alıblar. Bununla beynəlxalq təzyiqlərin ölkəmizə qarşı artmasına çalışırlar. Bunu da qrantlar müqabilində edirlər. Ortada bu qədər aydın olan bir mənzərə var”.

MDHP sədri: “Onlar Azərbaycana xəyanət edirlərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Müxalifətçi partiya sədri əminliklə bildirir ki, bu adamlar xarici dövlətlərə birmənalı şəkildə maşalıq edirlər və həmin əməllərinə görə qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidirlər.

“Onlar Azərbaycana xəyanət edirlərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Amma onlara meydan verildikcə, bu formada bundan istifadə edirlər. Azərbaycanda hansı insan haqları pozulub? Onlar neçə dəfə İranda həbs edilən soydaşlarımızla bağlı səslərini çıxarıblar? Orada edam edilənlərlə bağlı niyə susurlar? Dövlət və ictimaiyyət onlar haqqında sərt mövqe sərgiləməlidir”, deyə Fərəc Quliyev vurğulayıb.

Beləliklə, faktlar kifayət qədərdir və əslində MDHP sədrinin də irəli sürdüyü ittihamlar ilk deyil. İstər Əli Kərimlinin, istər Cəmil Həsənlinin, istərsə də digər xəyanətkar siyasətbazların barəsində yüzlərlə bənzər faktlar, dəlillər, isbat və sübutlar mövcuddur. Elə isə artıq Azərbaycanın maraqlarına qarşı iyrənc mənəviyyatsızlıqları ilə çıxışlar edənlərin göndəriləcəkləri yeganə yol bəllidir, sadəcə onları həmin yola doğru göndərmək qalır...

Rövşən RƏSULOV/sia.az
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed