Şrift:
“Champions Chess Tour”: Teymur Rəcəbov Şəhriyar Məmmədyarova qalib gəlib
04.10.2021 [09:30] - Gündəm, İdman
Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçirilib.

8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəliblər. T.Rəcəbov Ş.Məmmədyarova 2,5:1,5 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed