Şrift:
Romadakı tarixi körpüdə yanğın baş verib
04.10.2021 [09:57] - Gündəm, Hadisə
İtaliyanın paytaxtı Romada Tiber çayı üzərindəki XIX əsrə aid tarixi “Dəmir körpü”də yanğın baş verib.

Yerli mətbuata görə, yanğın körpünün altındakı naqillərdəki qısaqapanma səbəbindən baş verib.

Yanğınsöndürənlər isə hadisənin qəzalı qaz borusundan qaynaqlandığını bildiriblər. Hadisə nəticəsində körpü nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.

Qeyd edək ki, 1863-cü ildə inşa edilən “Ponte dell 'Industria” (“Sənaye körpüsü” Ostiense və Portuense bölgələrini birləşdirir. Romalılar 131 metr uzunluğunda olan körpünü “Dəmir körpü” adlandırırlar.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed