Şrift:
ADPU Tələbə Gənclər Təşkilatının nümayəndələri Milli Qəhrəman İlqar Mirzəyevin ailəsini ziyarət ediblər
04.10.2021 [09:59] - Xəbərlər, Sosial
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş silsilə layihələr çərçivəsində Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin ailəsi ziyarət olunub.

Universitetin mətbuat xidmətindən bildirilib ki, görüşdə ADPU TGT-nin sədr müavini, İncəsənət və fiziki tərbiyə fakültəsi TGT İdarə Heyəti üzvləri və tələbələr iştirak ediblər.

Görüş əsnasında İncəsənət və fiziki tərbiyə fakültəsi TGT-nin rəhbər müavini Azadə Zellabduyevanın çəkdiyi İlqar Mirzəyevin portreti müəllifin özü tərəfindən qəhrəmanın həyat yoldaşı Güllü xanıma təqdim edilib. Güllü xanım tələbələrə İlqar Mirzəyevin xatirələrindən, onun xalqına olan məhəbbəti və yüksək xidmətlərindən böyük fəxarət hissi ilə danışıb, tələbələrin qəhrəmanımız haqqında suallarını cavablandırıb.

Görüşün sonunda Güllü xanım tələbələrə şəhid İlqar Mirzəyevə ithaf olunmuş kitabı hədiyyə edib.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed