Şrift:
Bu gündən “Nobel həftəsi” başlayır
04.10.2021 [10:03] - Xəbərlər, Mədəniyyət
Bu gündən “Nobel həftəsi” başlayır.

AMEA-dan bildirilib ki, oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq. İlk olaraq fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.

Oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 7-də bəlli olacaq. Oktyabrın 8-də sülh və nəhayət, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək. Ətraflı məlumat Nobel mükafatı saytından əldə etmək olar.

https://www.nobelprize.org/ceremonies/nobel-week-2021/
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed