Şrift:
İtaliyada qismən yerli seçkilərdə səsvermə keçirilir
04.10.2021 [10:08] - Xəbərlər, Siyasət
İtaliyada 1192 yaşayış məntəqəsində yerli idarəetmələri təyin etmək üçün keçirilən qismən yerli seçkilərdə səsvermə prosesi başlayıb

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qeydə alınmış 12 milyon seçicinin səsvermə hüququna malik olduğu seçki prosesi dünən başlayıb və bu gün də davam edəcək.

Paytaxt Roma, eləcə də Milan, Neapol, Turin və Bolonya da daxil olmaqla ümumilikdə 1192 yerli idarəetmədə keçirilən seçkilərdə həmin yerlərə 5 il rəhbərlik edəcək idarəçilər müəyyən olunacaq.

Seçkilərin keçirildiyi yerlərdə heç bir namizəd 50 faizdən çox səs toplaya bilməsə, ilk turda ən çox səs toplayan iki namizəd arasında oktyabrın 17-18-də yenidən səsvermə baş tutacaq.

Bundan başqa, 1192 yerli idarəetmə ilə yanaşı, Kalabriya regional rəhbərliyində və Nümayəndələr Palatasında boş qalan iki yerə deputatın təyin edilməsi üçün Siena və Romada təkrar seçkilər keçirilir.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed