Şrift:
İtaliyada qismən yerli seçkilərdə sol mərkəzin nümayəndələri liderlik edir
05.10.2021 [11:16] - Xəbərlər, Sosial
İtaliyada 1192 yaşayış məntəqəsində yerli idarəetmələri müəyyən etmək üçün keçirilən qismən yerli seçkilərdə böyük şəhərlərdə sol mərkəzçilərin namizədləri liderlik edir.

İlkin qeyri-rəsmi nəticələrə görə böyük şəhərlərdə sol mərkəzçilərin namizədləri daha çox səs toplayıblar. İki gündür davam edən və təxminən 12 milyon seçicini maraqlandıran seçkilərdə səsvermə prosesi artıq başa çatıb.

ANSA agentliyinə görə, seçkilərdə seçici fəallığı 54.69 faiz olub.

Milan, Bolonya və Neapolda sol mərkəzçilərin namizədlərinin ilk turda səslərin 50 faizdən çoxunu toplayaraq qalib gəldiyi bildirilir. Hazırda Milanın meri olan Güzeppe Sala səslərin 56.48 faizini toplayaraq ikinci dəfə bələdiyyə sədri seçilib. Bolonya şəhərində sol mərkəzçi namizəd Matteo Lepore səslərin 62 faizini, Neapolda isə sol mərkəzin namizədi Gaetano Manfredi səslərin 64.56 faizini toplayıb.

Turində isə sol mərkəzçi Stefano Lo Russo səslərin 43 faizini yığsa da, onunla səslərin 39 faizini toplayan sağ mərkəzçi namizəd Paolo Damiliano arasında ikinci tur seçkilərin keçirilməsi gözlənilir.

Romanın ilk qadın bələdiyyə sədri yenidən mer seçilməyib. İlkin nəticələrə görə, paytaxtda bələdiyyə sədrliyinə namizəd olan 4 nəfərdən heç biri 50 faiz səs toplaya bilməyib. 2016-cı ildəki seçkilərində “5 Ulduz Hərəkatı”ndan (M5S) namizəd olan və Romanın ilk qadın bələdiyyə sədri seçilən Virginia Raggi bu seçkidə az səs toplaya bilib. Romada oktyabrın 17-18-də keçiriləcək seçkilərin ikinci turunda sağ mərkəzin namizədi Enriko Miçetti və sol mərkəzin namizədi Roberto Gualtieri yarışacaq.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed