Şrift:
2021-2022-ci tədris ilində “SABAH” qruplarında 108 yeni müəllim fəaliyyətə başlayıb
05.10.2021 [11:23] - Gündəm, Mədəniyyət
2021-2022-ci tədris ilində “SABAH” qruplarında 108 yeni müəllim fəaliyyətə başlayıb.

Təhsil Nazirliyindən bildirilib ki, 11 ali təhsil müəssisəsini əhatə edən “SABAH” qruplarına, eləcə də layihə modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xüsusi pilot qrupuna müəllim seçimi mərkəzləşdirilmiş qaydada iki mərhələdən (təqdim olunmuş sənədlər əsasında ilkin qiymətləndirmə və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə aparılıb.

Müsabiqədə iştirak üçün 117 vakant fənn üzrə 899 müraciət daxil olub. Müraciət edənlərdən 380 nəfəri müsahibə mərhələsinə keçib. Müsahibədə 6 ixtisas istiqaməti (humanitar-sosial, təhsil və dil, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, idman) üzrə komissiyalar təşkil olunub.
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed