Şrift:
Azərbaycanda dövlət peşə təhsili müəssisələrində 3 mindən çox müəllim işləyir
05.10.2021 [11:35] - Gündəm, Mədəniyyət
Azərbaycanda dövlət peşə təhsili müəssisələrinin pedaqoji heyəti 3 min 219 müəllimdən ibarətdir.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirib ki, pedaqoji heyətin 62,75 faizini qadınlar, 37,25 faizini isə kişilər təşkil edir.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada portal.edu.az portalı üzərindən aparılıb. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyalarını əhatə edib.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed