Şrift:
Şəhid Ramil Musayevin təltif olunduğu medal ailəsinə təqdim edilib
05.10.2021 [11:43] - Xəbərlər, Sosial
İsmayıllıda Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan kiçik gizir Ramil Musayevin “Cəbrayılın azad olunmasına görə” medalı ailəsinə təqdim edilib. Təqdimetmə mərasimində rayon icra hakimiyyəti başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi və şəhidin yaxınları iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən danışıb, döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad ediləcəyinə bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Sonra medal şəhid Ramil Musayevin yadigarı, 7 aylıq oğlu Ramilin yaxasına taxılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Ramil Musayev “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed