Şrift:
Urmuda çörək bahalaşdı
05.10.2021 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Qulamrza Babayi mətbuata verdiyi açıqlamada un və çörək qıtlığının olmadığını bildirib. Lakin o, bahlaşmanı təsdiq edib.

Q.Babayi qiymət artımını çörək və un məmulatlarının başqa əyalətlərlə uyğunlaşdırılması ilə əlaqədar olduğunu söyləyib.

Urmu şəhərini İran parlamentində təmsil edən Səlman Zakir məsələ ilə bağlı verdiyi açıqlamada əyalətdə əlaqədar qurumların çörək və un məmulatları istehsalı sahəsinə nəzarət etmədiklərini bildirib.

Bununla yanaşı Urmu şəhərinin Şəhər Şurasının başçısı Məhəmməd Xəlil şəhərdə çörək qiymətlərinin qaldırılmasından və qıtlıqdan narazılığını ifadə edib.

O, bildirib ki, hazırda çörəkxanalar qarşısında yarana uzun növbələr əhalinin narazılığının artmasına, az təminatlı ailələrin daha çox problemlərlə üzləşməsinə səbəb olub
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed