Şrift:
Heyvanlar üçün ofis
07.10.2021 [09:22] - Gündəm, Sosial
ABŞ-ın Ohayo ştatında “NBBJ” memarlıq studiyası oyuncaq və it müalicəsi üzrə ixtisaslaşmış “Bark” şirkəti üçün ofis dizaynı hazırlayıb.

2044 kvadratmetrlik ofisin heç bir iş sahəsi yoxdur, işçilər qarşısında duran əsas məsələ ancaq heyvanlara diqqət ayırmaqdır. Ofisdə istirahət üçün divanlar və heyvanlarla oynamaq üçün oyun meydançaları üstünlük təşkil edir. İşçilərə davranışları çətin olan ev heyvanlarını gətirməyə icazə verildiyindən, bütün elementlər davamlı və qənaətcil materiallardan hazırlanıb. Yaxınlıqda ev heyvanlarının istirahət edə biləcəyi bir it parkı da var.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed