Şrift:
İspaniya hökuməti 400 avro dəyərində mədəniyyət çeki buraxacaq
07.10.2021 [09:24] - Xəbərlər, Mədəniyyət
Bu gün İspaniyanın Baş naziri Pedro Sançes hökumətin gələn ilin dövlət büdcəsi çərçivəsində gənclər üçün mədəniyyət çeki tətbiq etmək niyyətində olduğunu bildiri

Bu çek yetkinlik yaşına çatdığı zaman bütün gənclərə təqdim ediləcək.

400 avroluq çek kitabların alınması və ya bədii fəaliyyətin hər hansı bir növü üçün veriləcək.

Pedro Sançes mədəniyyət bonuslarının Fransa və İtaliya kimi Avropa ölkələrində artıq qüvvədə olduğunu vurğulayıb.

Məqsəd gəncləri incəsənətə və mədəniyyətə cəlb etmək, koronavirus pandemiyasından zərbəni ilk alanlardan olan bu sahəni təşviq etməkdir.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed