Şrift:
Gürcüstanın gələn il üçün dövlət büdcəsi bir milyard laridən çox azaldılıb
07.10.2021 [09:27] - Gündəm, İqtisadiyyat
Gürcüstanın 2022-ci il üçün dövlət büdcəsi 1 055 470 800 lari azaldılıb. Dövlət büdcəsi 18 443 276 000 lari miqdarında müəyyən edilib.

Dövlət büdcəsinin azalması, əsasən iki amillə izah olunur.

Bildirilir ki, dövlət büdcəsinin azalmasının birinci səbəbi pandemiya ilə əlaqədar xərclərin təqribən 850 milyon lari azalmasıdır.

Digər səbəb isə, avrobondların geri alınması ilə əlaqədar 1 713 2 milyon lari həcmində pul vəsaitinin nəzərdə tutulmamasıdır.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsi 19 498 746 800 laridir.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed