Şrift:
Pakistanda baş verən zəlzələdə azı 15 nəfər həyatını itirib
07.10.2021 [09:34] - Xəbərlər, Hadisə
Oktyabrın 6-sı saat 22:00 radələrində Pakistanın Bəlucistan əyalətində 5.7 bal gücündə zəlzələ baş verib.

Pakistan mətbuatına istinadla xəbər verir ki, ilkin məlumata görə azı 15 adam həyatını itirib, yaralananların olduğu bildirilir.

Qeyd olunur ki, zəlzələnin episentri əyalətin Xarnay şəhərinin 14 kilometrliyində, 20,8 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntıların haqqında hələ ki, məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed