Şrift:
Xaməneinin Həmədan “Sepah”ındakı nümayəndəsi Azərbaycanı Əfqanistana çevirməklə hədələdi
07.10.2021 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əli Xaməneyinin Həmədan əyalətinin “Ənsar əl-Hüseyn” korpusundakı nümayəndəsi Hüseyn Əliyi Azərbaycan və Türkiyə cumhuriyyətlərini hədələyib.

O, İranın hərbi gücünün yüksək olduğunu iddia edərək bildirib ki, İsrail Amerikanın bölgədəki məğlubiyyətindən sonra onun yerinə doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır və İran buna imkan verməyəcək.

Xaməneinin nümayəndəsi İran rəsmilərinin ənənəvi çıxışlarını təkrar edərək ölkənin şimal-qərbində sərhədlərin dəyişdirilməsinə imkan verilməyəcəyini deyib.

“Düşməmn İranın raket və arterilya gücünü bildiyi üçün hücum etməkdən çəkinir. Türkiyə və Azərbaycan bilməlidir ki. qərb ölkələrinə inanıb və onların bölgədə yerləşmələrinə şərayit yaradacaqları təqdirdə Əfqanistanın taleini yaşayacaqlar”-deyə, hüseyn Əliyi hər iki dövləti hədələyib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz yaratmağa və ya bu yolu bağlamağa çalışdıqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyərək, “ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”-deyə, bildirib.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edərək, onların buna nail ola bilməyəcəklərini deyib.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed